İşdən qovulan direktora yeni cəza: söydüyü müəllimə 2500 ödəyəcək

img1640205
Müəllimlərin adına bankdan kredit götürdüyünə görə işdən azad olunan 171 saylı orta məktəbin direktoru İradə Murğuzovaya məhkəmə daha bir cəza təyin edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı jurnalist Anar Məmmədov facebook hesabında paylaşıb.
Belə ki, jurnalistə verdiyi müsahibəsində həmin məktəbdə müəllim işləyən Məryəm Tağıyevanın ünvanına nalayiq ifadələr işlətdiyi üçün müəllim keçmiş məktəb direktorunu məhkəməyə verib. İ.Murğuzovanın vəkili səs yazısının ona aid olmasından şübhələndiyini əsas gətirərək ekspertiza təyin edilməsini xahiş edib.
Sonda məhkəmə İradə Murğuzovanın jurnalistdən üzr istəməsi və söydüyü müəllimə 2500 manat təzminat ödəməsinə dair qərar çıxarıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR