Politoloq Rasim Ağayev: “Ukraynadakı vəziyyət katastrofik həddədir”

imagesCari ilin sentyabr ayının 19-dan 20-nə keçən gecə Belarusun paytaxtı Minsk şəhərində Ukraynanın şərqində atəşkəsin imzalanması ilə bağlı memorandum imzalandı. Vətəndaş müharibəsinin tuğyan etdiyi ölkədə qan tökülməsi durduruldu. Lakin bu atəşkəs uzun müddət davam edəcəkmi? Minsk memorandumunun imzalanması o anlama gəlirmi ki, tərəflər münaqişənin həlli yollarını döyüş meydanında yox, danışıqlar masası arxasında arayacaqlar? Bəlkə, əksinə, münaqişənin zamanla daha da dərinləşməsini gözləmək lazımdır?   Qafqaz Xəbər Agentliyinin (qafqaznews.org)əməkdaşının bu və digər suallarını politoloq Rasim Ağayev cavablandırır.

– Sentyabrın 19-dan 20-nə keçən gecə Donbassda sülhün bərqərar olunması ilə bağlı tərəflər arasında Minsk razılaşması imzalandı. Bu sülh razılaşmasının dayanıqlı və uzunsürən olmasını gözləmək olarmı?

 – İş orasındadır ki, atəşkəs haqqında imzalanmış razılaşma artıq qüvvədədir. Dünənə kimi demək olar ki bu razılaşmanın ərazidə hökmü vardı. Lakin vaxtaşırı atışma baş verir. Lakin bu rəsmi Kiyevin cənub-şərqinə təşkil etdiyi genişmiqyaslı hücumla heç cür müqayisə etmək olmaz. Açığı mən Ukrayna prezidenti Pyotr Poroşenkonun nəyə ümid etdiyini bilmirəm? O, ya köhnə rus texnikasına, ya da hücum, müdafiə, mühasirə kimi  işlərlə heç vaxt məşğul olmamış yeni müdafiə naziri Qeleteyə ümid edirdi. Yəni insan əsla bu rola hazır deyil. Bəlkə o, Feysbukda döyüş meydanından daha çox “müharibə edən” Avakova ümid edirdi. Poroşenkonun özü dövlət xadimi deyil. Eynilə Yatsenük. Bunların hamısı qarışıq dövrün avantür kadrlarıdır. 18-ci əsrdə Parisdə və 20-ci əsrin əvvəlində Moskvada olduğu kumu. Yoldan keçənlər “qəhrəman” olur sonradan da ölkəni və milləti əzaba düçar edirdilər. Bunun ən pis, ən ağrılı forması Ukraynada baş verir. Niyə? Çünki bunların hamısı tam başqa zaman baş verir. Dünya indi tamamilə başqa kateqoriya və dəyərlərlə yaşayır. Onların tərcümeyi-hallarına fikir verin. Vaxtilə onlar Yanukoviçlə işləyir və əməkdaşlıq edirdilər. sonradan onu devirdilər. Bu insanların hamısı nə intellekt baxımından, nə də həyati baxımdan elan etdikləri məqsədlərə hazır deyillər. Onların bir çox məqsədləri belə suallar yaradır. Hazırda mən Ukraynadakı vəziyyəti faciəvi dəyərləndirirəm. Qarşıdan qış gəlir, qarşıda ciddi iqtisadi problemlərin həlli durur. Onların qarşısında 20-ci ildə bolşeviklər qarşısında duran problem durur. Vətəndaş müharibəsi başa çatdıqdan sonra bolşeviklər yeni dövlət qurmalı idilər. Lakin Avropa xarabalıq içində idi, ABŞ isə uzaqdadır. Ona görə də yalnız öz gücünə güvənməlisən.  Lakin bolşeviklərin əlində Poroşenkonun əlində olmayan silah vardı: sinfi nöqteyi-nəzərdən yaxşı hazırlanmış, istənilən qurbanları verməyə hazır olan, güclü, ciddi partiya. Ukraynada isə “şokoladlı dovşan”, tez-tez xəstələnən, həbsdə yatmış xanım var.  Və yaxud da qısa müddətdə xarici işlər naziri, Krımda nazir, orada-burada müxtəlif vəzifələri tutmuş Yatsenük. Onların əlində olan partiya belə dəqiq ideologiyaya, dəqiq məqsədlərə, taktika və strategiyaya malik deyil. Göründüyü kimi, vəziyyət katastrofikdir. Bu da Poroşenkonun nə üçün sülh müqaviləsini imzalamağa getdiyini göstərir. O, hər şeyi görür və dərk edir. Əgər 20-ci ildə Avropa xarabalıq içində idisə, indi Avropada maliyyə böhranı hökm sürür. Poroşenkoya başa saldılar ki, indi əsas vəzifə hakimiyyəti qoruyub saxlamaqdır. Qarçıdan böhran gəlir. Amerikada kömək etməyə hazırlaşmır. Amerikanın özünün Yaxın Şərk, Rəvalpindi kimi ciddi problemləri var. Oralarda da kritik vəziyyət formalaşıb. Poroşenkonun sülh sazişini imzalamağa getməsi məni o fikrə gətirir ki, bu sülhə riayət olunacaq. Onu da zənn etmək olar ki, sülh sazişi davamlı olacaq. Ukraynanın cənub-şərqi qondarma dövlətlər kimi mövcud olacaq. Onları heç kim tanımayacaq, lakin onlar bundan narahat olmayacaqlar. Lakin yaxın perspektivdə, düşünürəm ki, sülh sazişinə riayət olunacaq. Çünki hazırda Poroşenko və onun komandasının qarşısında çox çətin vəzifə durur: qarşıdan qış gəlir. Məhdud maliyyə və intellektual imkanları malik bu komanda iki cəbhəyə vuruşa bilməyəcək.Sülh razılaşması isə dayanıqlı olacaq. Atışmalar olacaq, diversiyalar baş verəcək. Lakin genişmiqyaslı müharibə sona çatdı. Yeri gəlmişkən Avropanın özü də bunda maraqlıdır.

– Rusiyaya qarşı tətbiq edilən sanksiyalar hər-hansı effekt verirmi?

– Sanksiyaların Rusiyani məhv edəcəyi və eyni zamanda onların tam təsirsiz ötüşdüyünü demək olmaz. Hər iki mülahizə olduqca şişirdilib. Sanksiyaların, əlbətdə ki, təsiri var. Bu çox ciddi məhdudiyyətdir. Rusiya faktiki olaraq siyasi, iqtisadi, maliyyə nöqteyi-nəzərdən təcrid olunmuş durumdadır. Lakin bu ölkə maliyyə və texnoloji alternativlərə malikdir. Texnoloji imkanları yüksək olmasa da, onlar yenə də Rusiyanı boğulmağa qoymur. Alternativlər, düşünürəm ki, tapılacaq. Mən çin, Cənub-Şərqi Asiyanı nəzərdə tuturam. Eyni zamanda yaranmış vəziyyətdən çıxış yolları axtaran avropalılar. Sanksiyalar hər iki tərəf üçün fəsadlar törədir. Lakin biz onu da nəzərdə saxlamalıyıq ki, sanksiyalar heç vaxt ümid olunan nəticələri verməyiblər.

 – Münaqişə ümumilikdə Ukrayna iqtisadiyyatına necə təsir etdi?

– Bilmək lazımdır ki, Ukrayna iqtisadiyyatı bir bundan öncə deyil, meydan qələbəsinin ərəfəsində deyil, bundan çox-çox əvval tənəzzül edib. Bu tənəzzül Sovetlər İttifaqının dağıldığı dönəmdə baş verən iqtisadi geriləmə prosesi zamanı baş qaldırdı. Ukraynada hakimiyyət uğrunda bir-birlərini qırdıqları zaman ölkə ilə, onun iqtisadiyyatı ilə heç kim maraqlanmırdı. Orada yaxşı vəziyyətdə yalnız müdafiə sektorudur. Rusiyanın təyyarə tikintisi sənayesi, kosmik sənayesi, müdafiə təyinatlı HSK-nin böyük hissəsi Ukrayna ərazisində yerləşir. Bütün bunların qiyməti yüzlərlə milyon dollarlarla ölçülür. Bu sektor fəaliyyət göstərir. Yaxşı mütəxəssislər komandirlər var. Digər hər şey isə tənəzzüldədir. Bunları dirçəltmək üçün bu tənəzzüldə olan sahələrlə ciddi məşğul olmaq lazımdır. Diqqəti burada cəmləşdirmək lazımdır. Poroşenkonun komandası isə kreditləri yalnız silah almaq üçün almaq istəyir. Bundan əlavə Ukraynada korrupsiya, israfçılıq baş alıb gedir, ölkədə vahid rəhbərlik mövcud deyil. Korrupsiya astronomik miqyas alıb ki, bunu da heç kim gizlətmir. Ukraynanın sosial-iqtisadi durumu olduqca ağırdır.

– Ukraynada qısa müddətə sülhün əldə olunacağına ümid etmək olarmı?

 – Əlaqə qrupu öz işini davam etdirir. Hüsab edirəm ki, qeyd olunan səbəblərdən Ukraynanın özü də “nə sülh, nə də müharibə” adlanan bu vəziyyəti dəstəkləyəcək. Bunsuz da hazırkı komanda hakimiyyəti əlində saxlaya bilməyəcək. Özünün bütün çatışmayan cəhətlərinə rəğmən Poroşenko ağlı başında olan siyasətçidir. Onunla hansısa məsələ ilə bağlı razılığa gəlmək olar. O, nəyin baş verdiyini anlayır. Onlara seçkiləri keçirmək lazımdır. Seçkilərin nəticələri hakim komandaya təsir göstərəcək. Orada “Sağ sektor” adlanan hərbiləşmiş partiya var. Bu partiya da xaricdən idarə olunur. Orada iqtidara can atan şöhrətpərəst və ambisiyalı Timoşenko var. Yəni soyuqlar başlayan kimi bir çox məsələlər baş qaldıracaq.

Kərim Sultanov

Qafqaz Xəbər Agentliyi (Qafqaznews.org)

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR