Ölən futbolçunun klubu cəzalandırıldı

oledddsddAfrika Futbol Konfederasiyası (AFK) Əlcəzairin “Kabuliya” klubunu beynəlxalq yarışlardan kənarlaşdırıb

Buna ötən ay Əlcəzair çempionatında keçirilən “Kabuliya” və “Əlcəzair” matçında meydan sahiblərinin futbolçusu Albert Ebossenin tribunadan atılan daş nəticəsində ölməsi səbəb olub.

Hadisə ilə bağlı araşdırma aparan AFK “Kabuliya” klubunu iki il beynəlxalq yarışlardan kənarlaşdırmaqla cəzalandırıb. Cəzaya əsasən Əlcəzair təmsilçisi qarşıdakı iki ildə Afrika Çempionlar Liqasında iştirak edə bilməyəcək. Əlcəzair Futbol Federasiya da adı çəkilən klubu cəzasız qoymayıb. “Kabuliya” klubu ev və səfər oyunları zamanı stadionda azarkeş dəstəyindən məhrum olacaq.
Qeyd edək ki, “Kabuliya” və “Əlcəzair” oyununda tribunadan bir azarkeş tərəfindən meydançaya atılan daş 25 yaşlı futbolçu Albert Ebossenin başına dəymişdi. Kamerunlu futbolçu dərhal xəstaxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Xatırladaq ki, Ebosse Əlzair çempionatında 17 qolla 2013/14 mövsümünün bombardiri olub.(qol.az)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR