Hafkanın fransız klubu çökür – Statistika

1411535603İş adamı Hafiz Məmmədova məxsus Fransanın “Lans” klubunda vəziyyət getdikcə ağırlaşır.

Axar.az xəbər verir ki, Fransa mətbuatında yer alan xəbərlərə görə, klub daxilində yaranan ciddi maliyyə böhranı komandanın oyununa da təsir edib.

Belə ki, azərbaycanlı iş adamına məxsus futbol klubu keçirdiyi son 5 oyunda yalnız bir qələbə qazana bilib. 1 heç-heçə, 3 məğlubiyyətlə Fransa çempionatında 14-cü pillədə qərarlaşan “Lans” klubunda futbolçuların durumunun heç də yaxşı olmadığı bildirilir.

Xatırladaq ki, bir müddət öncə yerli mətbuatda İspaniyanın “Atletiko Madrid” klubuna sponsorluq edən Hafiz Məmmədovun külli miqdarda vəsaiti İspaniya və Fransaya çıxardığı barədə məlumatlar yayılmışdı. İş adamını bu addımı atmağa vadar edən sponsorluq etdiyi idman sahələrini maliyyələşdirməkdə ciddi çətinliklərlə üzləşməsi olub.

İş adamına məxsus “Bakı” klubunda da vəziyyət ürəkaçan deyil: futbolçular artıq iki aydır məvacib almır, klub keçirdiyi 5 oyunda yalnız 1 xal yığa bilib.

1 xalla Azərbaycan çempionatında sonuncu pillədə yer alan klubun yaxın vaxtlarda bağlanması labüd görünür.

Yayılan məlumatlarda o da bildirilir ki, idarəetmə sistemi iflic vəziyyətinə düşən klubun rəhbərliyində də ciddi problemlər var.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR