Çaqqallar hücuma keçib

caqqal_002Bir neçə gün əvvəl  Ucar rayonunun 44 yaşlı  Qazyan  kənd sakini  Muğdət Qasımova öz həyətində çaqqal hücum edərək ayağını dişləmişdi.

Muğdət Qasımova quduzluğa qarşı peyvənd olandan sonra  evinə qayıtmışdır.

Ümumiyyətlə, son vaxtlar  Ucar rayonunun kəndlərində anoloji hadisələr tez-tez baş verir.

Bir müddət əvvəl  42 yaşlı kənd sakini  Xudayar Qurbanovu çaqqal dişləmişdi.

Məlumdur ki, sovet dövründə  vəhşi heyvanların sayı artanda, insanlara hücum edəndə həmin heyvanlar güllələnirdi.

Hətta vurulmuş vəhşi heyvanlara görə ovçulara mükafat verilirdi.Həmin vəhşi heyvanların dərisi isə dövlətə təhvil verilirdi.

Hazırda qonşumuz olan Rusiya Federasiyasında həmin köhnə ənənə davam edir. Məsələn, Şimali Osetiyada hər ovlanmış erkək canavar üçün 1500, dişi canavar üçün 2000, çaqqal üçün 1000, tülkü üçün 500 rubl mükafat verilir.

Azərbaycanda isə, əksinə vəhşi heyvanların ovu ilə məşğul olmaq üçün pul ödəməlisən.

Ovçular Cəmiyyətinin  sədr müavini  Tahir Rəsulov bildirib ki: “ Sovet dövründə Azərbaycanda da  ovlanan hər vəhşi heyvana görə  ovçulara mükafat verirdilər. Bu gün isə ancaq çaqqal  ovlamağa icazə verilir. Bunun üçün  mütləq Ekologiya və təbii sərvətlər nazirliyindən lisenziya alınmalıdır”.

Ekologiya və təbii sərvətlər nazirliyinin  Bioloji müxtəlifliyin qorunması departamentinin direktoru Hikmət Əlizadə isə qafqaznews.org-a bildirib ki,  ölkənin hansısa bir hissəsində ziyanvericilərin sayı kütləvi artanda  həmin zona fəlakət zonası elan edilir və ziyanvericilərin  kütləvi ovlanmasına icazə verilir və ovçulardan  dövlət rüsumu alınmır.

Rəşad Rüstəmov

Qafqaz Xəbər Agentliyi (qafqaznews.org)

 

 

 

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR