Azərbaycan Somadakı faciəni hec bir zaman unutmadı-FOTO

10585149_705886659477579_1786656560_n

Qafqaz Xəbər Agentliyinə ( Legion.az) Türkiyədən özəl mənbənin verdiyi məlumata görə, Türkiyənin Manisa vilayətinin Soma bögəsində faciə zamanı həyatını itirən şəhidlərin xatirəsinə həsr olunmuş kitabın təqdimatı keçirilib. 176 dost ürəkli “Soma Şeirləri Antolojisi” adlı kitabın təqdimatına qatılanlar arasında Azərbaycan nümayəndə heyəti də vardı. Təqdimat mərasimində millət vəkili Qənirə Paşayeva da iştirak edib. Paşayeva öz çıxışında Somanın dərdinin Azərbaycanın dərdi, Somada şəhid olan insanlarımızın bizim canlarımız, övladlarının və ailələrinin bizim insanlarımız olduğuna toxunaraq, doğmaları arasında olmaqdan qürur duyduğunu söylədi. Mərasimdə cıxış edən millət vəkili Azərbaycanın ümumilli problemi olan Qarabağın işğalından da söz açaraq dərdlərimizin və xoş günlərimizin eyni olduğunu mərasim iştirakçılarının diqqətinə catdırdı. Mərasimdə çıxış edənlər dərdimizin böyük olduğunu , Soma faciəsi zamanı onlarla eyni dərdi yaşadıqlarını bildirdilər . Mehmet Metin Baş öz çıxışında Qənirə Paşayevaya təşəkkür edərək, onun maaşının Soma şəhid ailələrinin hesabına köcürdüyünü mərasim iştirakçılarının diqqətinə çatdırdı. Mərasimdən sonra şəhid ailələrinin hesabına köçürmək məqsədiylə keçirilən kitab satışında da millət vəkili yaxından iştirak etdi. O, öz vəsaiti hesabına aldığı 100-dən artıq kitabı şəhid ailələri və onların uşaqlarına hədiyyə etdi. Ona sarılan hər bir insanla bərabər göz yaşlarını tuta bilməyən Paşayeva onların dərdinə ortaq olduğunu,xüsusi olaraq qeyd etdi. Mərasimin sonunda millət vəkilini və Azərbaycan nümayəndə heyətini somalılar sevgi şüarlarıyla yola saldı.

 Nigar

Qafqaz Xəbər Agentliyi(Legion.az)

10634232_705886662810912_363162276_n10706530_705886656144246_1405365870_n10707929_705886669477578_1783255238_n10715703_705886666144245_1331812327_n

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR