Sentyabrda ilin son Ay tutulması yaşanacaq

41785Bu, 2014-2015-ci illərin dörd Ay tutulması silsiləsində sonuncudur
Bu il sentyabrın 28-də Ay tutulması gözlənilir. AMEA-dan lent.az-a verilən məlumatına görə, baş verəcək bu təbiət hadisəsi 2014-2015-ci illərin dörd Ay tutulması silsiləsində sonuncudur.
Qeyd edək ki, bu kosmik hadisə 2015-ci il üzrə Ayın Yer kürəsinə ən yaxın – 356 896 kilometr məsafədə yaxınlaşmasıyla, yəni bədirlənmiş Ayla üst-üstə düşəcək. Bədirlənmiş Ay zamanı bu göy cismi Yer kürəsindən adi ölçüsü ilə müqayisədə daha böyuk və parlaq görünəcək. Bu hadisə ümumilikdə 3 saat 20 dəqiqə davam edəcək. Ayın tam fazası isə 1 saat 12 dəqiqə davam edəcək.
Tutulma bu il sentyabr 28-də Qrinviç vaxtı ilə 1:07-də başlanacaq, 4:27-də isə başa çatacaqdır. Bu göy hadisəsi Avropa, Afrika, Şimali və Cənubi Amerikanın bəzi bölgələrində müşahidə ediləcək.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR