Azərbaycanda 6 nəfər zəhərləndi – Qidadan və dərmandan (VİDEO)

0043080a283c18e9e7e2205c1700b0e9Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yaşayan Məhəbbət Hüseynova dərmandan zəhərlənmə diaqnozu ilə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Elə həmin gün şəhər sakini Zaur Həsənov evində sirkə turşusundan zəhərlənib və xəstəxanaya gətirilib.

Daha bir zəhərləmə hadisəsi isə şəhərin Kəpəz rayonunda yaşayan Rüfət Mehdixanlının evində baş verib. Onun qızları – Leyla, Səmra və qohumu – Bakı şəhər sakini Şahsənəm Abuzərli qidadan zəhərlənmə ilə xəstəxanaya gətiriliblər.

İlkin tibbi yardım göstərildikdən sonra zərərçəkən 5 nəfərin hamısı evə buraxılıb.

Abşeron rayon sakini Sara Ağayeva da dərmandan zəhərlənərək xəstəxanaya yerləşdirilib. (Region TV)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR