Bakıda 16 mərtəbəli binada lift şaxtaya düşdü: Yaralananlar var – FOTO

1f260861cae500f09a67a3af45b7aff4__600x430Bədbəxt hadisə Yasamalda baş verib.

 

Bakının Yasamal rayonu ərazisində, Dadaş Bünyadzadə küçəsində yerləşən 16 mərtəbəli binada bədbəxt hadisə baş verib.

 “Qafqaznews” APA-ya istinadən xəbər verir ki, içərisində 6 nəfərin olduğu lift şaxtaya düşüb.
İlkin məlumata görə, binanın ikinci mərtəbəsində liftə 6 nəfər minib. Bu vaxt liftdə nasazlıq yaranıb və o, şaxtaya düşüb. Hadisə nəticəsində 4 nəfər xəsarət alıb. Onlarda iki qadının xəsarətləri yüngül olsa da, digər iki yaralı xəstəxanaya aparılıb. Hadisə yerinə iki təcili tibbi yardım briqadası cəlb edilib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb. Yasamal Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerində müayinələr aparılıblar.
Qeyd edək ki, sakinlər yük daşınması üçün nəzərdə tutulan liftdən istifadə ediblər.bf3aafbf7a39f404bac79b5fcee5c156 1f0bacc01719857fcb4ab5a7668ce1f4 47efeb7d9de2709b2b7330020838bac9 a92ab65cf4fe46fc70cbc612183ef8c3

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR