Neft qalxdı: Rus rublu kəskin bahalaşdı

1440708673İki gündür güclənməyə başlayan rus rublu bu gün xüsusilə bahalaşıb.   Axar.az xəbər verir ki, Moskva birjasında dollar gün ərzində 2,7290 rubl ucuzlaşaraq 66,1720 rubla düşüb. Avronun məzənnəsi isə 3,4630 rubl enib və hazırda bir avro 74,45 rubla dəyişdirilir.   Rublun güclənməsi Rusiya Mərkəzi Bankının 28 avqust üçün elan etdiyi satış məzənnəsində də özünü göstərib. Belə ki, 28 avqustda 1 dolların satışı 69,3142 rubldan 67,4473 rubla endirilib. Avro isə daha çox ucuzlaşıb – 79,7252 rubldan 76,3359 rubla düşüb.   Mütəxəsislərin proqnozuna görə, rublun güclənməsi 28 avqustda da davam edəcək. Çünki dünya bazarlarında neft kəskin bahalaşmaqdadır.   Bloomberg-in məlumatına görə, hazırda VTİ markalı neft bu gün 4,19 dollar (10,85 faiz) bahalaşaraq 42,79 dollara qalxıb.   “Brent” markalı neftin bir barreli isə bu gün 4,38 dollar (10,15 faiz) qalxıb və hazırda 47,5 dollardan satılır.   Neftin bahalaşması prosesi davam edir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR