Azərbaycanın artilleriya qoşunları təlim keçirdi – FOTO + VİDEO

d1Pilotsuz uçan aparatlar da cəlb edilib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi döyüş hazırlığı planına əsasən Raket və Artilleriya Qoşunlarının hərbi hissə və birləşmələri praktiki döyüş atışlı təlimlər keçirib.

Oxu.Az Müdafiə Nazirliyinin məlumatına istinadla xəbər verir ki, təlim mərkəzində 203 millimetrlik “Pion” özüyeriyən artilleriya qurğularının tətbiqi ilə divizion taktiki təlimi, eləcə də artilleriya birləşmələri ilə raket zərbələrinin və atəşin idarə edilməsi icra olunub.

Taktiki təlimlərə Hərbi Hava Qüvvələrinin pilotsuz uçan aparatları (PUA) da cəlb edilib.

Təlimdə örtülü atəş mövqeyindən müşahidə olunmayan hədəfləri dəqiq məhv etmək və susdurmaq üçün PUA-ların köməyi ilə hədəflərin qısa zamanda aşkar edilməsi və artilleriya vasitələri ilə dağıdılması təmin olunub.

Təlimdə iştirak edən şəxsi heyətin döyüş hazırlığı, bacarığı və qarşılıqlı fəaliyyəti Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib.telim8 telim1 telim2 telim3 telim4 telim5 telim6 telim7

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR