Mayk Tayson Krıma hazırlaşır

Mike-Tyson-dr-1 (5)“Biz onu Rusiyada gözləyirik”.

Superağır çəki kateqoriyasında boks üzrə dünya çempionu, amerikalı Mayk Tayson noyabrda Krıma səfər edəcək.

Oxu.Az xəbər verir ki, bu barədə TASS-a promouter Vladimir Xryunovbildirib.

“Payızda o, Krıma gələcək. Biz onu noyabrın 28-də Rusiyada gözləyirik”, – Xryunov deyib.

Noyabrın 28-də Rusiyada daha bir məşhur boksçu – Roy Cons-kiçiyin döyüşü planlaşdırılıb. Boksçu bu yaxınlarda Rusiya vətəndaşlığını ala bilər.

Tayson karyerasına 2005-ci ildə son qoyub. Onun siyahısında 50 qələbə (44-ü nokautla), altı məğlubiyyət var.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR