Bakıda 30 dərəcə isti olacaq

94102Bakıda və Abşeron yarımadasında gündüz 32 dərəcə isti olacaq

Sentyabrın 3-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 20-23 dərəcə, gündüz 27-32 dərəcə isti olacaq.

Bölgələrdə hava şəraiti əsasən yağmursuz keçəcək, cənub-qərb küləyi əsəcək, dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23, gündüz 30-35 dərəcə, dağlıq rayonlarda gecə 11-16, gündüz 20-25 dərəcə isti olacaq.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR