Messidən daha bir rekord

dcbf50ac5565e770785b324f83d32cc6“Barselona”nın ulduz futbolçusu Lionel Messi rekordları yeniləməkdə davam edir. Apasport.az saytı xəbər verir ki, 28 yaşlı futbolçu Cənubi Amerika yığmalarının hamısına qol vuran ilk argentinalı oyunçu kimi tarixə düşüb.

O, buna Boliviya ilə yoldaşlıq matçında fərqlənməklə imza atıb. Argentina yığmasının 7:0 hesablı qələbəsi ilə başa çatan görüşdə oyuna sonradan daxil olan Messi 2 dəfə rəqib qapısına yol tapıb.

Bununla da, o, Cənubi Amerikanın bütün 9 yığmasına qol vuran ilk argentinalı futbolçu olub.

Qeyd edək ki, 2005-ci ildən Argentina yığmasının formasını geyinən Messi yığmada bu vaxta qədər 104 oyunda 48 qola imza atıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR