Jirinovski bakılı məktəblilərə “çürüyən” Qərbdən danışdı

vz

“Bakı dəyişib, həm də müsbət yöndə”.

Bakıda səfərdə olan Rusiya Liberal Demokrat Partiyasının (LDPR) lideri Vladimir Jirinovski 23 saylı məktəbdə olub.

O, altıncı sinif şagirdləri üçün rus dili və ədəbiyyatı üzrə açıq dərs keçirib,Oxu.Az Vesti.Az-a istinadən xəbər verir.

Vladimir Jirinovski suallarına verilən cavabları dinlədikdən sonra “Slovo o polku İqoreve” poemasına dair suallar verib.

Rusiyalı siyasətçi 10-cu sinif şagirdləri ilə də görüşüb, onlara Rusiyanın regionda siyasəti və “çürüyən” Qərb haqqında danışıb.

Şagirdlərdən biri siyasətçiyə onun portretini bağışlayıb. Cavab olaraq Jirinovski şagirdlərə RF-dən gətirdiyi hədiyyələri təqdim edib.

Məktəbdən çıxarkən Jirinovski jurnalistlərin suallarına cavab verib.

Siyasətçi qeyd edib ki, onun Azərbaycan haqqında söylədiyi əvvəlki neqativ fikirlər anlaşılmazlığın nəticəsidir.

Jirinovski eləcə də əlavə edib ki, Bakıda 40 il öncə olub.

“O vaxtdan bu yana şəhər dəyişib, həm də müsbət yöndə. Bu, İlham Əliyevin nailiyyətidir”, – o vurğulayıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR