Qazaxıstan Azərbaycan benzininə keçir

65539_res_01

Azərbaycandan 5 min ton həcmində yanacağın ilk partiyası yaxın vaxtlarda Qazaxıstan bazarına daxil olacaq.

“APA-Economics”in Qazaxıstan hökumətinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bunu energetika məsələləri üzrə nazirin birinci müavini Uzakbay Karabalin bildirib. “Bununla bağlı Azərbaycanla artıq razılaşma əldə olunub. Ehtimal olunur ki, növbəti həftə 5 min ton həcmində ilk yanacaq partiyası tədarük olunacaq. Növbəti mərhələ ilə bağlı detalları isə razılaşdıracağıq”, – deyə U. Karabalin qeyd edib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR