Bakının mərkəzində qəza: Toyota Prado aşdı – FOTO

1 (1)Hər iki avtomobilə ciddi ziyan dəyib.

Bu dəqiqələrdə Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, Məhəmməd Naxçıvani küçəsi ilə hərəkət edən “Lexus GS300” markalı avtomobil idarəetməni itirərək qəza törədib.

Məlumata əsasən, “Lexus GS300” markalı avtomobil yolun kənarında dayanan “Toyota Prado” markalı avtomobilə çırpılıb. Zərbə nəticəsində “Toyota Prado” markalı avtomobil aşıb.

Qəza nəticəsində xəsarət alan olmasa da avtomobillərə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

IMG-20140926-WA0000IMG-20140926-WA0001IMG-20140926-WA0002

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR