Masallı şəhər sakini Ağayev Elnur Azər oğlu Qafqaznews.az vasitəsilə dövlət orqanlarına müraciət edib:
“22.07.1992-ci ildə Masallı şəhərində anadan olmuşam. 1998-ci ildə Masallı rayonu Hişkədərə kənd orta məktəbinin 1-ci sinfinə daxil olmuşam. 2009-cu ildə isə elə həmin məktəbin 11-ci sinfini yaxşı qiymətlərlə bitirdim.Həmin ilin yay aylarında ailəmizin sosial vəziyyəti yaxşı olmadığından təhsilimi davam etdirmək əvəzinə, paytaxta üz tutaraq iş tapıb işləmək üçün gəldim. 2009-cu ildə mən M.Əcəmi metrosu yaxınlığında yerləşən “Moskva” Univermağında qızıl alqı-satqı mərkəzində satıcı kimi fəaliyyət göstərməyə başladım. İşlədiyim dövr ərzində təzə-təzə özümün necə bir insan olduğumu ətrafımda olan kollektivə bildirirdim ki, nəhayət bir mərdiməzar qarşıma çıxaraq mənim rüsvay olmağıma və işdən çıxarılmağıma nail ola bildi. Həmin adam 1977-ci il təvəllüdlü Masallı rayon sakini Məmmədov Zaur Qalabəy oğludur. Bu adam peşəkar yalançı, fırıldaqçı, dələduzdur.
Məmmədov Zaur mən satıcı işlədiyim dövrdə mağazaya bahalı geyimlərlə, avtomobillərlə gələrək özünə qarşı inam yaradaraq, etibardan-sui istifadə edib 3700 $ məbləğində qızıl-zinyət əşyalarını götürərək geri qaytarmadı. Mən 2009-cu il adın çəkdiyim ticarət mərkəzində inamımı Zaura görə itirərək banklara, möhtac oldum və həmin univermağdan çıxmalı oldum. 2010-2012-ci illərdə cəbhə bölgəsində vətənə olan layiqli borcumu qaytararaq geri döndüm. Zaurla son illər ərzində telefon danışığım zamanı, pulumu soruşduqda, Zaurun cavabı birmənalı olaraq belə olub: “Get nə bilirsən et”, “Vermirəm” və s.2012-ci ildən mən bütün hüquq-mühafizə orqanlarımıza rəsmi müraciət etmişəm. MTN-nə, DİN-nə, ƏN-nə, BŞBPİ-nə, Nəsimi RPİ-nə,hadisə baş verdiyi ərazi 19-cu PB-nə şikayət etmişəm. Mənim sonradan apardığım xırda araşdırmalar zamanı məlum oldu ki, bu adam bu işin peşəkarı olaraq arxasında hansısa güclü qüvvənin durması hesabına bu işi özü üçün hobbi seçib.Valideyni ilə telefon danışığımda qarşı tərəfdən üzürxahlıq əvəzinə, hədə-qorxu ilə hədələndim.
Mənim sizə yazmaqda məqsədim odur ki, müraciətim media vasitəsi ilə aidiyyatı orqanlara çatdırılsın. Müraciət edirəm Daxili işlər naziri Ramil Usubova!Baş prokuror Zakir Qaralova!Ədliyyə naziri Fikrət Məmmədova!Mənə təhlükəsizliyimin təmin olunmasında və problemimin həll olunmasında kömək edəsiniz”
Qafqaznews.az