DİN Bakıda piyadaların vurulması ilə bağlı məlumat yaydı – VİDEO (18+)

zzz1Yasamal RPİ araşdırmaya başladı.

Daxili İşlər Nazirliyi sentyabrın 14-də saat 11 radələrində Yasamal rayonunun A.Salamzadə küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

DİN-dən Oxu.Az-a bildiriblər ki, Bakı şəhər sakini Kamil Hacıyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerlisi Sədaqət Tağıyevanı və Lənkəran rayon sakini Hikmət Babayevi vurub.

Xəstəxanaya yerləşdirilmiş hər iki piyada orada ölüb.

Yasamal RPİ tərəfindən araşdırma aparılır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR