Ancelina Coli ABŞ-a görə utanır

1411852768Dünyanın ən gözəl cütlüyü olan Bred Pit və Ancelina Coli 6 uşaq böyüdür. Aktrisa 5 məsləhət verərək uşaq tərbiyələndirmənin özünə uyğun sirlərini açıb.
Qafqaznews.az Axar.az-a istinadən həmin məsləhətləri nəzərinizə çatdırır:

1.Müəllimlərə yaxşı maaş vermək lazımdır. Mən utanıram ki, planetin ən varlı dövləti olan ABŞ müəllimlərə və tərbiyəçilərə belə az maaş verir. Mən həyat yoldaşımla müəllimlərlə alver etmirəm. Təhsil sahəsində işləyən işçilərin əməyini qiymətləndirmək lazımdır.

2.Uşaqlarımın olduğu yer mənim evimdir. Mənim üçün yaşayış yerini dəyişmək problem deyil. Amerikalılar isə buna çox asanlıqla alışırlar. Ona görə yalnız uşaqlarımın olduğu yer mənim evimdir.

3.Uşaqlar ulduz deyil. İnanın ki, soyuducunu ərzaqla doldurmaq vaxtı çatanda məni supermarketdə saatlarla vaxt keçirən görə bilməzsiniz. Paparatsilərin aparatına tuş gəlməmək üçün hər şeyi çox sürətlə eləmək məcburiyyətində qalırıq. Uşaqlarımın şəklini çəkəndə onların xoşuna gəlmir. Niyə də xoşuna gəlsin axı?! Onlar axı aktrisa və ya ulduz deyillər.

4.Uşaqların anadan olması – valideynlərin bağışlamaq səbəbidir.  Uşaqlarımın dünyaya gəlməsi valideynlərimlə barışmaq imkanı verir. Bu, ideal zamandır. Atamın etdiyi absurd səhvlər mənim övladlarım üçün ideal ana olmağıma yardım edir.

5.Biz şahidlərsiz dalaşırıq. Biz bir-birimizin qərarlarıyla heç vaxt mübahisə etmirik. Məncə, uşaqların gözü önündə mübahisə etməkdən pis şey yoxdur.

 

 

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR