NASA Marsın ən böyük sirrini açdı – FOTOLAR

pic_6b51d08626aff1fc07814eed4423789cAlimlər təqiqat aparıblar.

NASA Marsın ən böyük sirrinin açıb. Qırmızı planetdə — mövsümi yaranan və maye halında olan duzlu su axınları — çaylar aşkar edilib.

Oxu.Az xəbər verir ki, bu barədə NASA-nın xüsusi təşkil edilmiş mətbuat konfransında bildirilib. Tədbir NASA Television-da və agentliyin saytında canlı yayımlanıb, tədqiqatın əsas nəticələri isə Nature Geoscience nəşrində dərc edilib.

Tədqiqatın nəticəsinə əsasən, Marsda mövsümi yaranan və maye halında olan duzlu su axınları var. Bu axınlar ilin isti aylarında əmələ gəlir, soyuq aylarda isə yoxa çıxır.

Alimlər belə qənaətə Mars Reconnaissance Orbiter (MRO) apparatının High Resolution Imaging Science Experiment (HiRISE) aləti vasitəsi ilə əldə etdikləri yüksək keyfiyyətli şəkilləri təhlil etdikdən sonra gəliblər.

Tədbirdə Cim Qrin (NASA-nın baş planetoloqu), Maykl Meyer (NASA-da Marsın əsas tədqiqatçısı), Meri Bet Vilqelm (Kaliforniyanın Eyms Tədqiqat mərkəzinin və Corciya Texnoloji institutunun alimi), Luxendra Oyxa (Corciya Texnoloji institutunun alimi) və Alfred Makyun (Arizona universitetinin HiRISE elmi aləti üzrə baş mütəxəssisi) kimi alimlər iştirak ediblər.

pic_40b9a3e31975a1132e05f5a0f4b8a0df pic_547a9f65784651e7d32471bdca7f2ab6 pic_ad5a21b1b1284eaa66ba5f768ab90c15 pic_fe018628a1b4f3387315c373843c92ba

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR