Həcc ziyarətindəki faciənin səbəbkarının görüntüləri yayıldı (VİDEO)

1443596268_12071353_1171500786200525_1732490272_nSentyabrın 25-də Məkkədə şeytanı daşlama zamanı Mina dağında yaranan izdihamla bağlı yeni faktlar üzə çıxıb.
Şeytanı daşlama zamanı həmin əraziyə bahalı bir avtomobil girib. Avtomobilin içərisindəki şəxslər maşının pəncərəsindən şeytana daş atıblar. Bu zaman onsuzda dar ərazidə yol tamam bağlanıb. Ehtimal olunur ki, elə bu səbəbdən böyük izdiham yaşanıb.

Qeyd edək ki, ziyarət zamanı insan axını o qədər çox olur ki, orada adam rahat tərpənə bilmir. Belə bir vəziyyətdə nəhəng avtomobilin ora girməsi çətindir. Çox guman ki, hansısa Ərəb şeyxinin göstərişi ilə həmin maşın içəri buraxılıb. BAKU.WS-ə verilən məlumata görə, iddia olunur ki, avtomobillə ziyarətə gələnlər vahabilər və ya sələfilər olub.
Səudiyyə Ərəbistanın hökumətinin yaydığı rəsmi xəbərə görə, ölənlərin sayı 4 mini keçib
Xatırladaq ki, sentyabrın 25-də Məkkədəki Mina dağında yaranmış izdiham nəticəsində yüzlərlə şəxs ayaq altında qalmışdı. Ölənlərdən əksəriyyəti Afrika ölkələri vətəndaşları idi. Mərhumların arasında iranlı və türk zəvvarları da olub.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR