Zakir Qaralov bəzi QHT-ləri və jurnalistləri qınadı

trend_zakir_qaralov_300614Təəssüflər olsun ki, bəzi qeyri-hökumət təşkilatları Azərbaycan qanunlarına hörmətlə yanaşmır. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında baş prokuror Zakir Qaralov deyib.

Baş prokurorun sözlərinə görə, bəzi QHT-lər rəsmi olaraq qeydiyyatdan keçmir, aldığı pullar barədə dövlət qurumlarına məlumat vermirlər.

Z.Qaralov bildirib ki, xarici KİV orqanlarında çalışan jurnalistlər müvafiq müqavilələr bağlamır: “Bəzi QHT-lərin aldığı qrant vəsaitləri verilən məlumatda göstəriləndən qat-qat yüksək olur. Ona görə də mənim bütün QHT-lərə və jurnalistlərə müraciətim ondan ibarətdir ki, Azərbaycan qanunlarına hörmətlə yanaşsınlar. Mövcud qanunvericiliyin tələblərini pozmasınlar. Əgər onlar havadarları vasitəsilə korrupsiya sxemlərinə davam edəcəklərsə, sözsüz ki, qanun qarşısında cavab verəcəklər”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR