Bakıda törədilmiş dəhşətli qətlin TƏFƏRRÜATI – YENİLƏNİB(VİDEO)

359a0930447c6d860b5505c02e4fa56cMeyiti Bakıdan İsmayıllıya aparıblar

Bakı şəhərinin Yasamal rayonunda törədilmiş dəhşətli qətlin təfərrüatı məlum olub. Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, bir neçə gün əvvəl paytaxt sakini Kamran Mahmudovun itkin düşməsi ilə bağlı həyat yoldaşı, 1975-ci il təvəllüdlü Lalə Mahmudova polisə şikayət edib. Məlum olub ki, K.Mahmudova məxsus olan “BMW” markalı avtomobil də yoxa çıxıb.

Aparılan araşdırmalar nəticəsində avtomobil İsmayıllı rayonu ərazisində tapılıb. Məlum olub ki, L.Mahmudova tanışı Sədi Məmmədovla birgə həyat yoldaşını İzmir prospekti 5/55 ünvanındakı mənzildə qətlə yetirib. Daha sonra S.Məmmədov K.Mahmudovun cəsədini elə ona məxsus olan avtomobilin baqajına qoyaraq doğulduğu İsmayıllı rayonunun Talıstan kəndi yaxınlığına gətirib və onu hissələrə bölərək basdırıb. O, avtomobili elə meşədəcə qoyaraq ərazidən uzaqlaşıb.

Hüquq-mühafizə orqanlarının apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin üstü açılıb və L.Mahmudova ilə S.Məmmədov törətdikləri əməli etiraf ediblər. Dünən gecə saatlarında S.Məmmədov meyiti hissələrə bölərək  basdırdığı yeri göstərib və K.Mahmudovun meyiti çıxarılıb.

Hazırda faktla bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir.

Qeyd edək ki, K.Mahmudovun L.Mahmudova ilə nikahından iki övladı qalıb.

 

*****

11:51

Bakının Yasamal rayonunda qətl hadisəsi baş verib.

Yasamal rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, bir müddət əvvəl Kamran Mahmudov adlı şəxs itkin düşüb. Onunla bağlı araşdırma aparılan zaman K. Mahmudovun həyat yoldaşı Lalə Mahmudova və onun Sədi adlı tanışı tərəfindən öldürüldüyü məlum olub.

Həmin şəxslər meyiti hissələrə bölərək İsmayıllı rayonunda meşədə basdırıblar.

Onlar saxlanılaraq istintaq orqanına təhvil veriliblər.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR