“Adamları soymayaydım, buraxaydım, gedəydilər?” – VİDEO

img1908309“Türmə səbir tələb edir. Altdakı isə tikanlı məftillərdir”. Qolunda döymə olan bu şəxs əvvəllər xuliqanlıq etdiyinə görə şərti iş alan  21 yaşlı Əlimuxtarov İbadulla Vidadi oğludur. O, çoxsaylı quldurluq epizoduna görə saxlanılıb. Yasamal Rayon Polis idarəsinin əməkdaşları onu vətəndaşlara zor tətbiq edərək pullarını, mobil telefonlarını əllərindən alıb hadisə yerindən qaçan zaman yaxalayıblar.  İbadullanın sözlərinə görə, çox vaxt cinayətləri özü tək edib. Axşam evdən çıxaraq yol kənarında tək dayanan və ya qaranlıq küçə ilə hərəkət edənlərin qarşısını kəsib pul tələb edib.
“Nəsildə çürük mənəm də, işləmirdim, eləmirdim. Evdən də pul verən yox. Quldurluq məqsədi ilə çıxmırdım, sadəcə adam özü çıxırdı qabağıma. Nə edim, buraxım eləcə getsin?”
Yasamal  Rayon Polis İdarəsindən APA TV-yə İbadulla Əlimuxtarovun 6 quldurluq epizodunda iştirak etdiyi bildirilib. Faktla bağlı araşdırma aparılır.

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR