Xalq artisti Məleykə Əsədova yay istirahətindən danışıb. Qafqaznews.org axşam.az-a istinadən məlumatına görə, “5/5” verilişinə qonaq olan aktrisa Maldivdə və digər xarici ölkələrdə dincəldiyini deyib.O, aparıcının “Məni də sevdiyin aparıcı kimi özünlə istirahətə apararsan” sualına belə cavab verib:
“Kişi xeylağı yanımda qətiyyən olmaz. Həyatımda olmaları qadağandır. Kişilərə qarşı allergiyam var. Həyatımın ən gözəl ulduzu, yaşama səbəbim qızımdır. Bu yay Maldivdə və başqa xarici ölkələrdə oldum. Həmişəkindən çox dincəldim”.