Bakı Azərbaycan-Böyük Britaniya biznes-forumuna ev sahibliyi edəcək

48463Cari ilin oktabr ayının 2-də Böyük Britaniya Krallığı biznes nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində Bakıda Azərbaycan-Böyük Britaniya biznes forumu keçiriləcək.

AZPROMO-dan qafqaznews.org-a daxil olan məsumata əsasən, tədbir Azərbaycanın İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə baş tutacaq.

AZPROMO-dan onu da bildirdilər ki, forumda İKT, tikinti və təhsil sahələrini təmsil edən Böyük Britaniya şirkətlərinin iştirakı edəcəklər.

Azərbaycanda fəaliyyət göstərən iş adamları, sahibkarlar biznes foruma dəvət edilirlər. Tədbir Neftçilər prospekti, 32-də yerləşən Bakı Biznes Mərkəzində baş tutacaq. Biznes-forumda iştirak etmək istəyənlər onları maraqlandıran suallara  012 5980147/48 (daxili: 129,108, 119 və 120) nömrəli telefonlara zəng etməklə cavab tapa bilərlər. Nəzərinizə çatdıraq ki, iştirakçıların qeydiyyatı 10:30-da başlayacaq.

Qafqaz Xəbər Agentliyi (qafqaznews.az) 

 

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR