Həbsdə yatan Rəşad Məmmədovun Etibar Pirverdiyevdən gözləntisi nədir?

ee4cee650868“Azimport”un qeyri-rəsmi sahibinin həbsindən dərhal sonra biznes ortağına qarşı ifadə verməsi dəhşətli yeyintilərin ünvanını göstərib

Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi, “Azimport” şirkətinin aparıcı siması Rəşad Məmmədovun vəzifəsindən kənarlaşdırılması və məsuliyyətə cəlb edilməsi xəbəri cəmiyyətdə şok effekti yaratdı. Vətəndaşların hissləri ilə oynayan “Azimport” şirkətinin rəhbəri Azər Əsgərovun birbaşa özbaşınalıqları ilə üzləşən sadə insanların çıxış yolu məhkəmələrə üz tutmaq, qanunsuz zəbt edilmiş torpaqların davasını hüquq müstəvisində aparmaq idi. Bu proses isə uzun çəkdikcə, incidilmiş vətəndaşların haqqı tapdalanır, bu isə cəmiyyətdə ciddi narahatlıqlarla müşayiət olunurdu.

Sonradan məlum oldu lki, “Azimport” şirkətinin özbaşınalığı onun faktiki sahibi Rəşad Məmmədovun adına bağlıdır. Tutduğu vəzifənin səlahiyyətlərindən istifadə edən sabiq rəis əlində olan vasitələrlə məhkəmələrə təzyiq göstərərək öz çirkin əməllərinə hüquqi don geydirməyə bəzən də nail ola bilirdi. Bir gün Azərbaycan Dövlətinin Bayraq Meydanı Kompleksinin rəisi Rəşad Məmmədovun milliyyətcə erməni olan anasının adının dəyişdirildiyi faktı üzə çıxınca, dövlət rəmzimizin əsas keşikçisinin dosyesinə maraq artmağa başladı. Xüsusən ölkə mətbuatının axtarışları və dərc edilmiş yazılar Rəşad Məmmədovun hansı oyunlardan çıxdığını və kimlərə arxayın olduğunu ortaya qoya bildi.Düzdür, bəzi himayəçiləri öz mövqelərindən kəskin şəkildə imtina edərək bu yarımermənini açıq müdafiədən yayındılar. Hər halda, söhbət bayrağımızın adına bağlı meydanın kimlərə etibar edilməsindən gedirdi. Gerçək adı Aida Stepanovna Martirosova olan anasının sənədlərini saxtalaşdıraraq “azərbaycanlıya” çevirmiş Rəşad Məmmədovun Bakının az qala yarısını qanunsuz olaraq yerlə-yeksan etməsi və bu zaman əmlakı dağıdılmış yüzlərlə vətəndaşa kompensasiya verməkdən imtna etməsi cinayət tərkibli əməllər kimi öz hüquqi qiymətini almalı idi.

“Azimport” şirkətinin özbaşınalıqlarını sübut edən faktlar yetərincədir. Şirkətin qoçu dəstəsinin adı hələ bir neçə ilə öncə çəkilməkdə olan Buzovna-Zuğulba-Bilgəh magistral yolunun həndəvərnidəki söküntülərdə hallanıb. Bu quldurluq yolu ilə yol kənarındakı daşınmaz əmlakın sahibləri təhdid edilərək öz hüquqlarından imtina etməyə məcbur edildilər. Sanki göz qırpımında mal-mülklərə sahib çıxan “Azimport” sahibləri Dövlət Bayrağı Meydanı ilə üzbəüz binanın sakinlərini də küçəyə tökdü. Bununla yanaşı bomba sığınacağı və Heydər Əliyev parkı da çox asanlıqla zəbt edildi.

Buzovnada 10 min kvadratmetr sahədəki yaşayış sahəsi və yaşıllıq, bomba sığınacağı, qazanxana, istirahət meydançası və digər obyektlər də “Azimport”un qoçu dəstəsinin köməyi ilə çox əcaib üsul və vasitələrlə ələ keçirilib. Özü də bu mənimsəmələr prosesində heç bir əmlak sahibi qanuni kompensasiya ala blməyib.Sual olunur: Rəşad Məmmədovun belə hədsiz hərəkətləri necə mümkün olub? Qeyd etdiyimiz kimi, onun hakimiyyət dəhlizlərində çox güclü himayəçiləri vardı. Bu himayədarlar da anası erməni olan bir adamı ölkənin əsas bayraq meydanı Kompleksinə rəis təyin edilməsinin məsuliyyətini daşımalıdırlar.Dövlət başçısının sərəncamı ilə vəzifədən götürülən Rəşad Məmmədov məsuliyyətə cəlb edilərək sorğu-suala çəkildi.

Bu əhvalatın çox məmurlara görk ola biləcəyini düşündüyümüz üçün bəzi məqamlara da diqqət yetirməyi vacib bilirik. Fikir verin, Dövlət Bayrağı Meydanı Kompleksi görün, nə qədər vəsaitin həzm edilməsi üçün vasitə rolunu oynayıb. “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyevin belə deyək kurasiyasına aid edilən Meydanın tikintisinin ilkin mərhələlərində Kompleksə 20 milyon manata yaxın dövlət vəsaitinin ayrıldığı deyilir. Sonralar isə Meydanın büdcə xərcləri ildə azı 10 milyon civarında olub.

Məlumata görə, bütün bu məbləğlərin pay-püşünə nəzarət paketi Rəşad Məmmədovun qeyri-rəsmi ortağı Etibar Pirverdiyev olub. Belə ki, həbsindən dərhal sonra Rəşad Məmmədovun öz biznes ortağı Etibar Pirverdiyevə qarşı ifadə verməsi dəhşətli yeyinti faktlarının üstünü açıb. Bu faktlar həm də Beynəlxalq Bankın kreditlərinin bir sıra hallarda duet tərəfindən mənimsənilməsini təsdiq edir. “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyevin bir neçə saat sorğu-suala çəkilməsi xəbərini təsadüfi hesab etməyin.Beynəlxalq Bankla Etibar Pirverdiyev arasında həqiqətən borc üstündə məhkəmə çəkişməsi olub. İddiaçı Bankın 104 milyon manat məbləğində kredit və faizlərinin geri qaytarılması üzrə iddianı Sumqayıt İnzibati İqtisad Məhkəməsi təmin edib. Məhkəmə borcun “Azərenerji” ASC-dən tutulması barədə qətnamə çıxarıb. Qətnamədən apelyasiya şikayəti verilsə də təmin olunmayıb.

Etibar Pirverdiyev isə 104 milyon manatı Beynəlxalq Banka ödəməkdən imtina edir. Beynəlxalq Bankın kredit qalmaqalında “Azİmport” izi diqqətdən yayınmamalıdır. Necə ki, Etibar Pirverdiyev-Rəşad Məmmədov cütlüyünün əməlləri nəzəri cəlb edir, eləcə də, bu cütlüyün zəif həlqəsinin Etibar Pirverdiyev olmadığı da göz qabağındadır.

Məlumata görə, Beynəlxalq Bankın kredit qalmaqalında adı hallanan Rəşad Məmmədovun həbsi “Azərenerji” prezidentini çox çıxılmaz duruma salıb. Özünü xilas etməyə çalışan Etibar Pirverdiyev ortağını günah adamı obrazına necə deyərlər, “yerləşdirə” bilib. Əlbəttə, bu vəziyyət onsuz da Etibar Pirverdiyevin imicini yerlə-yeksan edən əsas səbəblərə bağlıdır.

Ona görə də “Azimport”un sahibi Rəşad Məmmədovu bu təcrübəli oliqarxı “yandırdığı” fiqurlardan biri kimi xarakterizə etmək olar. Nəzərə alaq ki, bir müddət öncə, bu ilin may ayınadək ölkənin tikilməkdə olan mühüm obyektlərindən böyük əksəriyyəti Dövlət Bayrağı Meydanı İdarəsinin sabiq rəisi Rəşad Məmmədovun nəzarətindəki “Azimport” şirkətiniin ixtiyarına verilib. Tender təşkilatçılarının bu qədər belə deyək, etibar etdiyi şirkət bəlkə də olmayıb. Ona görə də, soruşmağın yeri var ki, “Azimport”a belə güclü dəstək verməyə kim ürək eləyib?

Davamını tezliklə oxuyacaqsınız.

P.S. Yazıda adları keçən bütün şəxslərin mövqeyini dərc edə bilərik.

gundelik-baku.com

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR