“Zaminbank”ın Gəncə filialının müdiri seçicilərə sədəqə paylayır

236619121 saylı Laçın seçki dairəsindən namziəliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən “Zaminbank”ın Gəncə filialının müdiri Mahir Abbaszadə seçiciləri ələ almaq üçün kassanın ağzını açıb. Lakin hakim partiyanın namizədi özünü elə aparır ki, sanki o, seçicilərinə sədəqə paylayır.
Laçın sakinlərinin verdiyi məlumata görə, Mahir Abbaszadə Laçın qaçqınlarının yaşadığı bəzi obalarda seçicilərlə görüşüb. Görüş zamanı “Zaminbank”ın Gəncə filialının müdiri oba sakinlərinin bəzilərinə ərzaq, pul verib. Hakim partiyanın namizədi seçicilərinə açıq deyib ki, “Onsuzda bu dairəinin deputatı mənəm, səs versənzi də, verməsəniz də seçkinin qalibi mən olacam. Amma yenə də Allah naminə bu yardımı edirəm”.
Daha sonra sözələrinə davam edən namizəd qeyd edib ki, “Bu hədiyyələri sizələrə rüşvət adı ilə yox, sadəcə bir yerli kimi, Laçın camaatını sevən, onlar üçün çalışan biri olaraq sizlərə kömək üçün verirəm”.
Qeyd edək ki, 121 saylı Laçın seçki dairəsindən Mahir Abbaszadənin 6 rəqibi var və onların hamısı bitərəf olaraq seçkiyə qatılıblar. İcra hakimiyyətinin və şəxsən Akif Səlimovun dəstəyi ilə Mahir Ababszadənin mandat əldə “edəcəyi” deyilir. (azfakt.com)
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR