Mixalkov Azərbaycanla birgə film çəkmək haqda danışıqlar aparıb

img1920638Rusiyanın məşhur rejissoru Nikita Mixalkov Azərbaycan hakimiyyəti ilə rus yazıçısı Aleksandr Qriboyedov haqda birgə filmin çəkilməsi ilə bağlı müzakirə aparıb. Novator.az xəbər verir ki, oktyabrın 20-də rejissorun mətbuat xidməti belə məlumat yayıb.
Bu gün prezident İlham Əliyev Nikita Mixalkovu “Dostluq” ordeti ilə təltif edib. Mixalkov bu mükafata Azərbaycanla Rusiya arasında mədəni əlaqələrin inkişafında xidmətə görə layiq görülüb.
Mixalkov Aleksandr Qriboyedov haqda çoxseriyalı televiziya filmi çəkmək niyyətində olduğunu dəfələrlə açıqlayıb. Mixalkov və onun həmkarları uzun illər boyu filmin ssenarisini yazıblar.
Aleksandr Qriboyedov Rusiya imperiyasının məşhur diplomatlarından biri olub. O, Azərbaycanın İranla Rusiya arasında bölüşdürülməsini nəzərdə tutan Türkmənçay müqaviləsinin (1828-ci il) müəlliflərindədir, 1829-cu ildə Rusiyanın İranda səfiri postunda işləyərkən Tehranda öldürülüb.

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR