Əhmədinejatın cangüdəni Suriyada öldürüldü

cda9cf159088dfbfb3ced104266bc98aİranın sabiq prezidenti Mahmud Əhmədinejadın cangüdəni Suriyada gedən döyüşlərdə öldürülüb.

Lent.az-ın İran KİV-ə istinadən məlumatına görə, Mahmud Əhmədinejadın prezident olduğu dönəmdə cangüdənliyini edən Abdulla Bakiri Niyareki Suriyanın Hələb şəhərində öldürülüb.

Yayılan xəbərdə, cangüdənin Niyarədəki Həzrəti Zeynəb türbəsinin müdafiəsində gedən döyüşlərdə həyatını itirdiyi bildirilib.

Abdulla Bakiri Niyarekinin Tehranda baş tutacaq vida mərasimindən torpağa tapşırılacağı qeyd edilib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR