Şeyx: Toyunuzun vaxtını dəyişin

 

1

“Dini matəm ayıdır”.

Qafqaz Müsəlmanları İdarəsi vətəndaşlar tərəfindən Şeyxülislam Hacı Allahşükür Paşazadəyə ünvanlanan sualları cavablandırıb.

Qafqaznews.az xəbər verir ki, idarədən Lent.az-a verilən məlumata görə, Məmmədov Elçin adlı vətəndaş QMİ-yə müraciət edərək bildirib ki, bu ilin oktyabr ayının 25-də övladına toy etmək istəyir.

Vətəndaşın “qeyd olunan tarix Məhərrəmlik ayına düşürmü?” sualına İdarədən belə cavab verilib: “Məhərrəm ayının dini matəm ayı olduğunu, eləcə də oktyabrın 25-də artıq matəm ayının başlanacağını nəzərə alaraq toyun tarixinin dəyişdirilməsi məsləhət görülür”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR