“Mən bu məsələnin axırına çıxacam” FOTO,VİDEO

Безымянный copyAzərbaycanda ən dəbdə olan dələduzluq vasitələrindən biri də saxta diplom alveridir.
Bunun nəticəsidir ki, xəstəxanalarda tibbdən xəbəri olmayan həkimlər, məktəblərdə pedoqogikadan anlaKadr-iqtisad-tam-versiya-00-00-05-282x300yışı olmayan müəllimlər çalışır.
Bu günlərdə Bakı şəhər sakini İntizar Qımrıyeva bizə müraciət edib. Onun sözlərinə görə, o İqtisad Universitetinin xarici dillər kafedrasının müəlliməsi Sənəm Mehdiyeva tərəfindən aldadılıb: “ 2008-ci ildə Sənəm Mehdiyeva mənə söz verdi ki, qızıma İqtisad Universitetinin Dərbənd filialını bitirməklə bağlı diplom verəcək. O, bunun üçün məndən 18 min manat pul istədi və bildirdi ki, xeyli vaxtdır bu işlə məşğulam,narahat olmayın”.
Qımrıyevanın sözlərinə  görə o kirayənişin yaşayır: “ Mən təkbaşına 4 uşaq tərbiyə edirADIUəm. Mən çox istəyirdim ki, qızım ali təhsilli olsun, ona görə də razılaşdım. Sənəm Mehdiyeva mənə söz verdi ki, diplomu almaq üçün 5 il gözləmək lazımdır və imtahan vermək üçün Dərbəndə getməyə ehtiyac yoxdur”. Qımrıyevanın dediyinə görə, 2012-ci ilin iyul ayında o diplomu almaq üçün Sənəm Mehdiyevaya müraciət edib: “ O mənə bildirdi ki, narahat olma, avqust ayında qızın ali məktəbi bitirməklə bağlı diplom alacaq”.
Bundan sonra mən bildim ki, Sənəm Mehdiyeva dələduzluqla bağlı cinayət məsuliyyətinə cəlb olunub: “ O, kiməsə saxta diplom satırmış. Bunun üstü açılanda vətəndaş hüquq-mühafizə orqanlarına müraciət edir və onu saxlayırlar. İstintaq zamanı məlum olur ki, o çoxlarını, o cümlədən işlədiyi kafedranın müəllimləri Elenoranı, Təranəni, Bilqeyisi və Rozanı, ümumilikdə on nəfəri aldadpublika.az13978046141FEE65F1-F9C8-43F8-81A4-A193EC8A15C3_mw1024_n_s-300x224ıb”.
Müxbirimizin “Siz onun barəsində şikayət etdinizmi?” sualına şikayətçi belə cavab verdi: “ Yox. Onun anası xahiş etdi ki, şikayət etməyim. Onun anası mənə söz verdi ki, özü mənim pulumu qaytaracaq. Mən də ona inandım, ancaq o sözünü tutmadı”.
Qımrıyevanın sözlərinə görə, 2013-cü ildə Sənəm Mehdiyevanın həbsi şərti müddətlə əvəz olunur və o İqtisad Universitetində müəllimlik fəaliyyətini davam etdirməyə başlayır: “ Mən ondan pulumu qaytarmağı tələb etdim. O, isə mənə söz verdi ki, 2013-cü ildə qızıma diplom verəcək. Ancaq qızıma diplom vermədi və dedi ki, kimə istəyirsən get şikayət elə, mənim arxamda güclü adamlar dayanıb”.


Kadr-iqtisad-tam-versiya-00-07-10-251x300Sonra İntizar Qımrıyeva qafqaznews.org-a bildirdi ki, mən həmin vaxt İqtisad Universitetinin rektoru işləyən Şəmsəddin Hacıyevə müraciət etdim: “ Mən ondan xahiş etdim ki, mənə kömək etsin. Ancaq Hacıyev mənə bildirdi ki, mən heç bir kömək edə bilmərəm. Çünki onu təhsil nazirinin müşaviri İlham Pirməmmədov himayə edir, o müşavirin yaxın dostudur. Mən Mehdiyevanın işlədiyi kafedranın müdiri Afət xanıma kömək üçün müraciət etdim. Ancaq o da mənə kömək edə bilmədi”.


Sonda İntizar Qımrıyeva məcbur olaraq Təhsil Nazirliyinə müraciət edir: “ Məni nazirlikdə Kamran Əliyev qəbul edərək mənim yazılı formada şikayətimi qəbul etdi. Ondan sonra 3 ay vaxt keçdi, ancaq mənə heç bir cavab verilmədi. Mən İqtisad Universitetinin hüquqşünası Əzim müəllimə müracuət etdim. O da məndən yazılı şikayət istədi. Mən yenidən şikayət ərizəsi yazdım. Bir müddət sonra Əzim müəllim mənə bildirdi ki, kafedranın müdiri Afət xanım mənə tapşırdı ki, Sənəmlə işin olmasın, onun yuxarıda tanışları var”.


Kadr-iqtisad-tam-versiya-00-04-26-281x300Sonra İntizar Qımrıyeva Prezident Adminstrasiyasına müraciət edir: “ Mən Prezidentə qədər şikayət edəcəm, hüquq-mühafizə orqanlarına şikayət edəcəm. Mən zəhmətlə qazandığım pulu onda qoymayacağam”.
Biz Sənəm Mehdiyevanın İntizar Qımrıyevadan 18 min manat aldığını dəqiqləşdirmək üçün İqtisad Universiteti ilə əlaqə saxlamağa çalışdıq. Ancaq rektorluğun telefonu cavab vermədi. Şəmsəddin Hacıyevlə də əlaqə saxlamaq cəhdimiz alınmadı.

Sözardı: İntizar Qımrıyevadan əvvəl İntiqam Babayev qafqaznews.org-a müraciət edərək Sənəm Mehdiyeva tərəfindən aldadıldığını bildirmişdi. Onun sözlərinə görə, oğlunu ali məktəbə düzəltmək üçün Sənəm Mehdiyeva ondan 22 min manat pul alıb.

Sənan Məmmədli

Qafqaznews.org

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR