Sahibkarların karxana sənədləri Süleyman Mikayılovun seyfində niyə saxlanı-ŞİKAYƏT VAR

1446551518_1Bu gün bir qrup iş adamı GUNDEMİNFO.AZ-ın redaksiyasına gələrək mətbuat vasitəsilə dövlət başçısına şikayət etmək istədiklərini bildiriblər. Şikayət edən sahibkarlar yaratdıqları MMC-lər vasitəsilə Ekalogiya və Təbii Sərvətlər Nazirliyindən aldıqları rəsmi icazə və digər lazımi qurumlardan aldıqları icazələrdən sonra karxana işlətmələrinə yaradılan əngəllərdən danışıblar. Hələlik adlarının çəkilməsini istəməyən sahibkarlar bildirirlər ki, dövlət başçısının sahibkarlarla bağlı yoxlamaların 2 illik dayandırılması barədə imzaladığı qanundan sonra icra başçısının adamları onlarla görüşüblər.

Sahibkarlar iddia edirlər ki, yoxlamaların ləğv edilməsi ilə icra başçısının adamları onlara bildiriblər ki, özlərində olan bütün sənədləri gətirsinlər, vahid sənədləşmə həyata keçiriləcək. Lakin sonradan bəlli olub ki, əslində bununla bağlı olaraq heç bir iş görülməyib. Sənədlərini geri istəyən karxana sahiblərinə bildirilib ki, gedib yenidən Vergilər Nazirliyində qeydiyyata durmalıdırlar.

GUNDEMİNFO.AZ-a danışan karxana sahibləri deyir ki, guya İcra Hakimiyyəti bu addımı ilə yeni sənədləşməyə dair Nazirlər Kabinetinin hansısa təlimatı olduğunu söyləyiblər. Apardığımız araşdırmalar zamanı NK-nın belə bir heç bir təlimatının və ya tövsiyyəsinin belə olmadığı ortaya çıxıb. Əslində sahibkarları icra strukturlarının bəzi məmurlarının təzyiqlərindən qorumaq üçün qəbul edilən qanunları deyəsən Qaradağ İcra Hakimiyyətində 180 dərəcə yanlış anlayıblar. Və yaxud da dövlət başçısının ortada olan iradəsini görməzlikdən gəlirlər.

Bu mövzu ilə bağlı detallı araşdırmalar apardıqdan sonra ətraflı bilgilər verəcəyik. Qarşı tərəfi də dinləməyə hazırıq. Bizi izləyin

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR