Sabah 19 dərəcə isti olacaq

img1923616Sabah Azərbaycanın havanın maksimal temperaturu 19 dərəcə isti olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən xəbərə görə, Bakı və Abşeron yarımadasında noyabrın 5-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər zəif duman olacaq, yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 6-10, gündüz 14-17 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında noyabrın 5-də əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskin iolacaq. Ayrı-ayrı yerlərdə arabir güclənən qərb küləyi əsəcək.
Aran rayonlarında havanın temperaturu gecə 6-11, gündüz 14-19, dağlarda gecə 0-5 , gündüz 10-15 dərəcə isti olacaq.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR