Məmurların marağı Konstitusiyanın tələbindən üstündür?

01e0e06b923ec7a1ec6bc0e5764e9decQanunvericiliyə əsasən, Mili Məclisin deputatı icra hakimiyyəti orqanında vəzifə tuta bilməz. Azərbaycan Konstitusiyasının 85.2 maddəsinə görə, icra və ya məhkəmə hakimiyyəti sistemlərində qulluq edən, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslər, din xadimləri, fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilən, ağır cinayətlərə görə məhkum olunmuş şəxslər, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrumetmə yerlərində cəza çəkən şəxslər Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilə bilməzlər. Ancaq 1 noyabr parlament seçkilərində SOCAR-ın prezidenti Rövnəq Abdullayev və “Azərbaycan Dəmir Yolları” ASC-nin rəhbəri Cavid Qurbanov deputat seçiliblər. PA-nın iki əməkdaşı da MM-ə seçiliblər.thumb300_20100722104931094

PA-da böyük məsləhətçi işləyən Vüsal Hüseynov və PA-nın sektor müdiri Kamran Bayramov MM-ə üzv seçiliblər. Nə üçün Konstitusiyanın tələbləri pozulur? Mövzu ilə bağlı MM-in üzvü Asim Mollazadə qafqaznews.org-a bildirdi ki, icra hakimiyyətində parlament üzvləri artıq konsultativ qurumlara keçiblər. Müxbirimizin “ Parlamentə seçilən məmurlar hələ də öz vəzifələrində qalırlar” fikrinə Mollazadənin münasibəti belə oldu: “ Onlara məsləhət bilmək lazımdır ki, konsultativ işlərə keçsinlər”.

Müxbirimizin “ Cavid Qurbanov və Rövnəq Abdullayev şirkət rəhbəri olmaqla yanaşı həm də deputatdırlar. Onlarla bağlı nə üçün qərar qəbul edilmir?” sualına Mollazadə belə cavab verdi: “ Bu məsələ müzakirə olunub. Və icra hakimiyyətində çalışan deputatlara məsləhət bilinib ki, konsultativ işlərə keçsinlər”. Müxbirimiz “ Nə vaxt məsləhət bilinib?” soruşduqda Mollazadə bildirdi ki, mən bilirəm ki, rektorlar seçki vaxtə öz vəzifələrində qalmayıblar, əmək məzuniyyətində olublar. Müxbirimiz “ Əmək məzuniyyətinə çıxmaq rektorluqdan getməkdir?” sualına Mollazadənin cavabı belə oldu: “ Düşünürəm ki, parlamentin tərkibi təsdiq olunduqdan sonra, onlar rektorluqdan uzaqlaşacaqlar”. Digər suallarımızı isə Mollazadə “ Bu barədə parlament rəhbərliyinə müraciət edin” deyə cavablandırdı.

Rəşad Rüstəmov

Qafqaznews.org

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR