Bakıda qan davası: Atışma olub

tufengMəcburi köçkünlər qonşuları tərəfindən güllələniblər.

Bakının Binəqədi rayonu ərazisində, “Elit” Ticarət Mərkəzinin yaxınlığında məcburi köçkünlərin məskunlaşdığı binada atışma olub.

Qafqaznews.az xəbər verir ki, Publika.az-a daxil olan məlumata görə, Ağdamdan məcburi köçkünlər Ayxan və Rövşən adlı ata-bala qonşusu tərəfindən güllələnib.

Onların Hicran adlı həmyerliləri tərəfindən güllələndiyi qeyd olunur. Əməkdaşımız hadisənin təfərrüatları ilə maraqlanıb.

Məlum olub ki, indi baş verən hadisə bir müddətdir ki, davam edən “qan davası”nın davamıdır.

Belə ki, bir müddət öncə Ayxan və Rövşən Hicrana bıçaq xəsarəti yetiriblərmiş. Amma həmin vaxt məsələni hüquq-mühafizə orqanlarından gizlətmək mümkün olub.

Hadisənin daha geniş təfərrüatını öyrənməyə çalışacağıq.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR