Sağlamlıq haqqında arayış gətirməyənlərin uşaqları… – Rəsmi

1409647870“Bu il I sinfə getmək üçün 23658 nəfər qeydiyyatdan keçib”.Bu haqda Axar.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə Əlaqədar sektorundan məlumat daxil olub.Məlumatda bildirilir ki, bu il I sinfə getmək üçün müraciət edərək qeydiyyatdan keçənlərin sayı 23658 nəfərdir. Buna baxmayaraq, qeydiyyat sentyabrın 15-nə qədər davam edəcək.Hər bir məktəbdə I sinfə qəbulla bağlı müvafiq komissiya fəaliyyət göstərir. Əgər uşaq I sinfə başlamağa hazır deyilsə, komissiyanın rəyi mənfi olur.Bundan əlavə “Sağlamlıq haqqında arayış” tələb olunur. Arayışı gətirməyən valideynin ərizəsi qəbul edilmir.Qeyd edək ki, təhsil almağa tez başlamaq istəyən uşaqların 55%-i oğlandır.

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR