Konstitusiyanı pozmaqla parlamentə…

aa64366ec99 noyabrda strateq.az saytı Ədalət Partiyasının sədri, hüquq elmləri doktoru İlyas İsmayılovun müraciətini dərc edib.
01 noyabr 2015-ci il tarixdə Milli Məclisə keçirilən seçkilərdə 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsindən deputatlığa namizədliyini irəli sürmüş İsmayılov seçkilərin nəticələrindən narazı qalaraq, yol verilmiş qanun pozuntuları barədə Prezident İlham Əliyevə müraciət ünvanlayıb.
“Təəssüf edirəm ki, yerli icra orqanları Tovuz, Qazax və Ağstafa rayonlarının heç birində tanınmayan, fəaliyyətində bu rayonlarla hər hansı bağlılığı olmayan Prezident Administrasiyasının işçisinin xeyrinə kütləvi saxtalaşdırmalar ediblər. Beləliklə, bu bölgənin yerli xüsusiyyət və ənənələrindən, həm də problemlərindən tamamilə xəbərsiz bir şəxsin qeyri-qanuni vasitələrlə deputat “seçilməsinə” nail olublar”.
Stop. Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 4-cü bəndində göstərilən əsaslar olduqda (yəni Azərbaycan Respublikası Milli Məclisinin deputatı dövlət orqanlarında vəzifə tutduqda, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla), şəxs deputat ola bilməz. 38b52d36-8672-4ca6-8850-5b1d85f3eb0f3-300x295
Bəs onda hansı əsasla PA-nın əməkdaşı seçkiyə qatılıb?
Bu suala İlyas İsmayılovun cavabı belə oldu: “ Bunu nəzərə alaraq seçkidən öncə mənim rəqibimi PA-dan Ədəbiyyat İnstitutina keçirdlər”. Arif-aliyev-240320131
Məlumat üçün bildirək ki, SOCAR-ın prezidenti Rövnəq Abdullayev və   “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov da deputat seçilib.
Mövzu ilə bağlı “Yeni Nəsil” jurnalistlər birliyinin sədri Arif Əliyev qafqaznews.org-a bildirdi ki, elə şəxslər var ki, həm idarəetmə strukturlarınfa, həm də parlamentdə iştirak edirlər: “ PA-nın adi əməkdaşına görə, bu limiti pozmaq istəməyiblər. Və prinsip yolverilən formada pozulub. Sizin nəzərdə tutduğunuz qanun pozuntusunu isə hətta seçicilərin 99 faizi nəzərə almadılar”.

Rəşad Rüstəmov

Qafqaznews.org

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR