Cəlilabadda əməliyyat: polis 1 kilodan çox heroin aşkarladı

117072_res_01Azərbaycanda İran vətəndaşından xeyli miqdarda narkotik vasitə götürülüb.

Virtualaz.org Daxili İşlər Nazirliyinin saytına istinadən bildirir ki, Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İran İslam Respublikası vətəndaşı Lətifi Qulamrza Əmirəlidən və Cəlilabad şəhər sakini Elməddin İsbatovdan 1 kiloqram 300 qram heroin götürülüb.

Faktla bağlı araşdırma aparılır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR