Bozqurdlar Güneyə dəstək verdilər -BƏYANAT

bozqurdAZƏRBAYCAN MİLLİ DEMOKRAT (BOZQURD) PARTİYASININ

B Ə Y A N A T I

Bir neçə gün öncə İran İslam Respublikası Dövlət Teleradio Təşkilatının (İRİB) 2-ci kanalının “Fitileh” verilişində Azərbaycan türklüyü və Azərbaycan türk dili təhqir edildi. Bu təhqiramiz olay “müsəlman” və ya “şiə” qiyafəsinə girmiş fars şovinistləri tərəfindən Azərbaycan türklüyünə qarşı  sərgilənən növbəti təxribatlardan biri idi.

Azərbaycan türklüyünün qeyrətli övladları Güney Azərbaycanın şəhərlərində bu həqarətə qarşı kütləvi şəkildə öz etirazlarını bildirmək üçün ayağa qalxmışlar. Amma təəssüflər olsun ki, dinc etrazçılara qarşı fars şovinstləri tərəfindən zor tədbiq edilmişdir. Öz milli namuslarını, öz milli qeyrətlərini yalnız dinc etiraz vasitələri ilə müdafiə  etməyə çalışan güneyli soydaşlarımız arasında itkilər olmuşdur.

Allah Azərbaycan və Azərbaycan türklüyü uğrunda şəhid olmuş bütün igidlərimizin şəhidliyini mübarək etsin!

Baş vermiş faciəli olaylarla bağlı olaraq Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyası (AzMDEP) dinlə maskalanmış fars şovinistlərinin yürütdüyü rəzil siyasətə qarşı etiraza qalxmış Güney Azərbaycan türklüyünü dəstəkləyir, Azərbaycan türklüyünün milli namusunun qorunması işində Güneyli qardaşlarımızın yanında olduğunu bildirir.

  Azərbaycan Milli Demokrat (Bozqurd) partiyasının sədri Tufan Kərim

11 noyabr 2015-ci il

Qafqaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR