Ledi Qaqa gizli şəkildə ərə gedib?

images

Ledi Qaqanı utancaq adlandırmaq olmaz. Dünyaca məşhur müğənni özünün qeyri-adi libaslarında səhnəyə də çıxır, elə küçəyə də. Qafqaznews.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, Qaqa bir şeyi gizlədə bilərdi. Nəyi? Özünün ərə getməsi xəbərini. Üç ilə yaxındır ki, pop ulduz aktyor Teylor Kinni ilə görüşür. Deyilənlərə görə, cütlük artıq toy da edib. Lakin mərasimə jurnalistləri dəvət etməyib. Gəzən söz-söhbətlərə görə, Qaqa hər hansı gözəl gəlinlik libası geyinməmişdir. Toy haqqında söz-söhbətlərin gəzməsinə iyulda Qaqanın Kanadanın Toronto şəhərində gəlinlik axtarması səbəb olub.

Kərim Sultanov

QAFQAZ Xəbər Agentliyi (qafqaznews.az)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR