Reyqan paradoksları Amerikada kitab oldu

1412282597

Lu Kanon və “Taym” jurnalı redaktorlarının ABŞ prezidenti olmuş Ronald Reyqandan bəhs edən “Reyqan Paradoksu: Mühafizəkar İdol və bu günün Milli Respublikaçı komitəsi” kitabı çıxıb.

Axar.az xəbər verir ki, həddindən artıq ünsiyyətcilliyi ilə tanınan Ronald Reyqan Respublikaçı partiyasının ideoloji intibahının lideri hesab edilib və bir çox respublikaçı və partiya başqanı tərəfindən idol gözündə görülüb.

Ölümündən 10 il sonra “Reqanomiks”ə (“reyqanomika” iqtisadi siyasətinə görə) və soyuq müharibənin həllində oynadığı rola görə təqdir edilən Reyqan partiya üçün ideoloji öndər halına gəlib. Partiyanın bugünkü vəziyyəti ilə müqayisədə Reyqanın bir çox fikri və siyasəti “mərkəz sağçı” olaraq qiymətləndirilir.

Bütün bunlar nəzərə alınaraq bu kitabda “Taym” jurnalı redaktorlarından Reyqanı yaxından tanıyan Lu Kanon, Con Meşam, Nik Kluni, Bob Stritz və Co Şarbor kimi tanınmış yazar və jurnalistlər birləşərək Amerika Birləşmiş Ştatlarının 40-cı prezidenti Ronald Reyqanı Respublikaçı partiyaya uğurlar gətirən ideoloji qəhrəman kimi xarakterizə ediblər.

axar.az1412282611Amerikanın 40-cı prezidentinin kitabı1

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR