Bu məqsədlə korporativ və riteyl müştərilərin kreditləşməsi üçün Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən Muğanbanka 3 milyon ABŞ dolları məbləğində kredit ayrılmışdır.
Sözügedən kredit vəsaiti Muğanbanka yerli sahibkarlara və fiziki şəxslərə enerji qənaətli avadanlıq, cihaz və materiallar, o cümlədən müasir istehsal avadanlıqları, ikişüşəli pəncərələr, isitmə texnologiyaları, təbii qazla işləyən su qızdırıcıları, günəş su qızdırıcıları, damda quraşdırılan günəş batareyaları və s. alıb quraşdırmaqda kömək etməyə imkanı yaradaraq, nəticə etibarilə müştərilərə enerjidən istifadə üzrə hesablarını azaltmağa, biznes və evlərini xərclər baxımından daha səmərəli idarə etməyə kömək edəcəkdir.Avropa Yenidənquma və İnkişaf Bankı (“AYİB”) Azərbaycanda enerji səmərəliliyinin inkişafı üzrə layihələrin maliyyələşdirilməsi məqsədilə Muğanbanka 3 milyon ABŞ dolları məbləğində kredit ayırmışdır. Kredit vəsaiti müəyyən olunmuş tələblərə cavab verən korporativ müştərilərin, eləcə də fiziki şəxslərin kreditləşməsi məqsədilə verilir və yalnız enerji səmərəliliyi və bərpa olunan enerji layihələri üçün istifadə olunacaqdır.
Hazırkı kredit AYİB-in sənaye, eləcə də məişət sahəsində enerji səmərəliliyinin artırılmasını və bərpa olunan enerji layihələrini dəstəkləmək məqsədilə yerli maliyyə institutarına kreditlər ayırdığı Qafqazda Enerjiyə Qənaət Proqramının bir hissəsidir. Muğanbank AYİB-in Azərbaycanda həmin proqram çərçivəsində enereji səmərəliliyi üzrə layihələrin maliyyələşməsini təmin edən üçüncü partnyor maliyyə təşkilatı olacaqdır.
Kredit Avropa Birliyinin Qonşuluq üçün İnvestisiya Mexanizmi, AYİB-in Səhmdarların Xüsusi Fondu və Avstriyanın Federal Maliyyə Nazirliyi tərəfindən ayrılan qrantlarla dəstəklənəcəkdir. Həmin qrantlar texniki yardım və əhalinin enerji səmərəliliyinə investisiyalarını stimullaşdırma tədbirləri üçün istifadə olunacaqdır.
Maliyyə institutlarına, şirkətlərə və əhaliyə enerji səmərəliliyinə investisiyalarla bağlı texniki məsləhətlər vermək məqsədilə AYİB tərəfindən konsultantlar cəlb olunmuşdur. Bu texnki dəstək sahibkarlara və əhaliyə qeyri-standart avadanlıq və materiallardan istifadə müddətləri boyunca gözəl nəticələr verəcək enerji baxımından daha qənaətli və daha yaxşı işləyən avadanlıqlara keçmələrinə imkan verəcəkdir.
1992-ci ildən fəaliyyət göstərən Muğanbank çoxşaxəli müştəri bazasına və regionlarda güclü filial şəbəkəsinə malikdir. Muğanbank məcmu aktivlərinə görə Azərbaycan bankları arasında 16-cı yeri tutur və hüquqi və fiziki şəxslərə böyük çeşiddə ənənəvi kommersiya bank xidmətləri göstərir.
“AYİB Muğanbankla 2006-cı ildən əməkdaşlıq edir və iqtisadiyyatın real sektorunu maliyyələşdirməkdə ona dəstək göstərir. Hazırkı kredit həm Muğanbank, həm də ümumilikdə bazar üçün yeni bir məhsul olmaqla uzunmüddətli əlaqələrimizdə də yeni mərhələ açacaqdır. Bizə müxtəlif növ sektor və müştərilərlə işləmək imkanı yaradacaq hazırkı kredit məhsulu vasitəsilə Muğanbanka əlavə dəstək verməkdən məmnunuq”, deyə AYİB-in Bakıdakı nümayəndəliyinin rəhbəri Neil McKain bildirmişdir.
AYİB Azərbaycanda ölkə müstəqillik qazandıqdan bəri fəaliyyət göstərir. Bugünə kimi AYİB Azərbaycan iqtisadiyyatının müxtəlif sektorları üzrə 2,5 milyard ABŞ dolları həcmində 146 layihəyə investisiya yatırmışdır.
Qafqaz Xəbər Agentliyi (qafqaznews.az)