Azərbaycanlı miqrant Rusiyaya 50 milyonluq ziyan vurdu

Rusiyanın Primorye vilayətində azərbaycanlı miqrant ekologiyanı ağlar qoyub. Milli.AzRusiya KİV-nə istinadən bildirir ki, Lesozavodsk qəsəbəsində yaşayan 32 yaşlı Azərbaycan vətəndaşı 4 köməkçisi ilə birlikdə Anuçinsk və Mixaylovsk rayonlarında göyrüş, qarağac, ağcaqovaq və palıd ağaclarını kəsiblər. Bunun üçün peşəkar texnika da əldə ediblər.
pridavlennyy_derevom
Hazırda araşdırma başa çatıb və başında azərbaycanlının dayandığı dəstənin qanundan kənar əməlləri sübuta yetirilib. Meşə fonduna dəymiş zərər 50 milyon rubl kimi qiymətləndirilib. Dəstə üzvlərinin əmlaklarına həbs qoyulub.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR