Zəfəran becərənlər bu məhsula alıcı tapa bilmir

img1942957Bu il yağış mövsümünün gec başlaması, zəfəran yetişdirilən digər ölkələrdən fərqli olaraq, Azərbaycanda bu məhsulun yığımını bir neçə gün gecikdirib. Buna baxmayaraq builki məhsul, keçən illərlə müqayisədə daha bol olub. Amma hər il olduğu kimi bu il də zəfəran becərənlər, məhsullarını geniş bazara çıxararaq öz alıcısını tapmaqda çətinlik çəkir.
ANSPRESS bildirir ki, Sovet dönəmində zəfəran sovxozlarında becərilən bu məhsulu indi bəzi şəxslər sadəcə öz həyatyanı sahələrində əkir və bazara çıxararaq satmağa çalışır. Düzü zəfəranın ilk meyvəsini almaq birinci ildə mümkün olmur. Bunun üçün ən azı iki il gözləmək lazım gəlir. Yalnız bundan sonra noyabır ayının ilk günündən başlayaraq 20 gün davam edən yığım prossesi başlayır. Zəfəranın yararlı hissəsi isə sadəcə çiçəyin içərisində olan 3 nazik teldir.
Tarixən qızıldan da qiymətli olan zəfəran, Azərbaycan ərazisində, daha dəqiq desək, Abşeron bölgəsində də becərilən məhsullardan olub. 1 hektar ərazidən təqribən 2 kq-a yaxın qurudulmuş məhsul əldə etmək olur.
Bu gün dünyada zəfəran Türkiyə, Hindistan, İspaniyada yetişsə də, hazırda istehsalın 90%-i İranın payına düşür. İranda bu bitki ayrı-ayrı şirkətlər tərəfindən geniş sahələrdə əkilir. Hazırda beynəlxalq bazarda bir kiloqram zəfəranın qiyməti 8 600 – 13 min dollar arasında dəyişir.

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR