Apteklərdə dərman çatışmazlığı yoxdur

a7c740bec5f0bac54683314d9564ee2b“Ölkəyə idxal olunan bütün bahalı və ucuz dərmanların üzərində Tarif Şurasının müəyyənləşdirdiyi qiymətlər olacaq. Məqsədimiz Azərbaycana bahalı dərmanların idxal olunmasının qarşısını almaq deyil. Söhbət ondan gedir ki, gətirilən dərmanların üzərinə daha yüksək qiymətlər qoyulmasın” Bu sözləri baş nazirin müavini Əli Əhmədov paytaxtda yerləşən bir sıra apteklərdə əhaliyə göstərilən xidmətlərin vəziyyəti ilə maraqlanarkən deyib. Dərmanların qiymətinin tənzimlənməsinə toxunan Ə.Əhmədov bildirib ki, addımın atılması heç də təsadüfi deyil. Son vaxtlaradək Azərbaycanın dərman bazarında dərman satışında vahid qiymətin olmaması əsas problemlərdən biri idi. Dərman qıtlığına toxunan Baş nazirin müavini vurğulayıb ki, Azərbaycanda lazımi dərman ehtiyatı var və bu, daim idarə olunan bir prosesdir. “Səhiyyə Nazirliyi bu istiqamətdə qabaqlayıcı tədbirlər görür. Ola bilsin ki, dərmanların qiymətlərinin tənzimlənməsi ilə əlaqədar qısa vaxtda problemlər ortaya çıxsın, amma gələcəkdə onlar tamamilə aradan qaldırılacaq. Ölkədə dərman qıtlığı olmayacaq. Dünyada çoxlu dərman növləri var. Apteklərdə bir adda dərmanın tapılmaması o tərkibdə dərmanın olmaması anlamına gəlmir”. (pia.az). Onda nə üçün adamlar zəruri dərmanları tapa bilmir? Mövzu ilə bağlı 18 saylı poliklinikanın baş həkimi Tamilla Kərimova bizə bildirdi ki, bu gün dərmanlar onların kimyəvi tərkibinə görə yazılır, bizdə isə dərmanın adı ilə müəyyən olunur: “ Bu sistem səhvdir. Dövlət qiymətləri bərabərləşdirir. Hər dəmanın öz kimyəvi tərkibi var. Əzcaçılıq firmaları çoxdur və bir dərmanın bir neçə adı var. Bizim insanlar aptekə gedəndə dərmanın formulasını deyil, adını deyirlər. Təbii ki, ona cavab verilər ki, bizdə belə dərman yoxdur”.

Rəşad Rüstəmov

Qafqaznews.org

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR