Səbaillilərin əsgərlərimizə bayram töhfəsi-FOTOLAR

NDA_5716

Xalqımızın əziz bayramlarından olan Qurban bayramı ilə bağlı Səbail rayonunda keçirilən tədbirlər çərçivəsində rayonun günbəgün böyüyən və inkişaf edən Badamdar qəsəbəsində qəsəbə icra  nümayəndəliyi və qəsəbə bələdiyəsinin təşkilatçılğı ilə qəsəbədəki «N» saylı hərbi hissədə böyük bayram şənliyi keçirilmişdir. Qafqaz Xəbər Agentliyi (qafqaznews.az) bildirir ki,Səbail rayon İcra Hakimiyyəti, qəsəbə ictimaiyyətinin nümayəndələrinin, bələdiyyə üzvlərinin, ağsaqqalların, qəsəbədəki 236, 239 və 329  saylı orta məktəblərin kollektivlərinin nümayəndələri ənənəvi olaraq qəsəbədəki hərbi hissələrin şəxsi heyətinin görüşünə gəlmişlər. Qəsəbədəki hər iki şərbi hissənin şəxsi heyətinin iştirak etdiyi tədbiri «N» saylı hərbi hissənin komandiri, polkovnik-leytenant Namiq Əfəndiyev açmış, Qurban bayramı münasibəti ilə şəxsi heyəti və qonaqları bayram münasibəti ilə təbrik etmişdir. O, ölkə rəhbərliyi tərəfindən ordu quruculuğu istiqamətində apardığı işlərdən, hərbi hissənin şəxsi heyətinin döyüş hazırlığı işlərində əldə etdikləri uğurlardan danışmışdır.

Tədbirdə çıxış edən  Səbail rayon İcra Hakimiyyəti Başçısının  Badamdar qəsəbəsi üzrə nümayəndəsi Zaur Əliyev Qurban Bayramı münasibəti ilə əsgərlərimizi təbrik etmiş, onlara çətin və şərəfli xidmətlərinin yerinə yetirilməsində müvəffəqiyyətlər arzulamışdır. Z.Əliyev ölkə başçısı cənab İlham Əliyevin sərəncam və tapşırıqlarına əsasən Badamdar qəsəbəsində son illərdə həyata keçirilən sosial yönümlü layihələr barədə məlumat vermiş, qəsəbədəki quruculuq və abadlıq işlərində hərbçilərimizin də iştirakını da qeyd etmişdir.

Səbail rayonu 236 saylı orta məktəbin direktoru, əməkdar müəllim Xanlar İmaməliyev və Müdafiə Nazirliyinin nümayəndəsi polkovnik-leytenant  Sadiq Mehrəliyev hərbi hissənin şəxsi heyətini Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən ordumuz üçün yaradılmış şərait müqabilində daha yaxşı xidmət etməyə çağırmış və ölkə başçısının apardığı məqsədyönlü siyasət nəticəsində işğal altında olan bütün Azərbaycan torpaqlarının düşməndən azad ediləcəyinə, ölkəmizin ərazi bütövlüyünün bərpa ediləcəyinə əmin oluduğunu, lazım gələrsə Prezidentimizin əmri ilə silaha sayrılaraq müharibə yolu ilə torpaqlarımızın azad olunması üçün bütün qüvvələrin səfərbər ediləcəyini bildirmişdir. Qeyd olunmuşdur ki, bu günlərdə keçirilən Azərbaycan və qardaş Türkiyə Respublikası Silahlı Qüvvələrinin birgə təlimləri, ordumuzun təchiz olunduğu müasir silah və texnikanın təlimlər zamanı nümayişi növbəti dəfə Azərbaycan Ordusunun gücünü bütün dünyaya bəyan etmişdir.

Xidmətdə fərqlənən bir qrup hərbiçi Səbail RİH-nin qiymətli hədiyyələri ilə mükafatlandırıldı.

Daha sonra qurbanlar kəsildi və əsgərlər üçün bayram süfrəsi təşkil olundu.

Tanınmış incəsənət ustalarının iştirakı ilə böyük bayram konserti keçirilmiş,   tədbirdə iştirak edən əsgərlərimizə bayram sovqatları təqdim etmişlər.

Qafqaz Xəbər Agentliyi (qafqaznews.az)

 

NDA_5638 (1)NDA_5647NDA_5667NDA_5676NDA_5685 (1)NDA_5696 (1)NDA_5698NDA_5705 NDA_5708 (2)NDA_5737 (1)NDA_5762

 

 

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR