Cavid Qurbanova “rüşvət deposu”ndan – ŞİKAYƏT

20151125-122434linkAzərbaycan Dəmir Yolları ASC-nin bir qrup işçisi yeni sədr Cavid Qurbanova müraciət edib.

Qafqaznews.az azfakt.com-a istinadla xəbər verir ki, narazılar baş dəmiryolçudan kömək istəyiblər. Bildiriblər ki, ASC-nin Sərnişin Daşınmaları Departamentinin rəisi Elyar Muradovla Bakı Depo rəisi Rəhman İbişov dövlət vəsaitlərini mənimsəyirlər.

Şikayət məktubunda qeyd olunur ki, hazırda ASC -dəki bir çox rəhbərlərin özbaşınalığından, korrupsiya fəaliyyətlərindən sədr Cavid Qurbanovun xəbəri yoxdur.
“Sərnişin Daşınmaları Departamentinin rəisi Elyar Muradov, Bakı Depo rəisi Rəhman İbişov, onun müavini Hikmət Quliyev, Polis rəisi Yasəf İmanov, Cinayət axtarışın rəisi Yaşar və digərləri əlbir olublar. Sərnişin Daşınmaları Departamentinin rəisi Elyar Muradov bütün səlahiyyətini Depo rəisi Rəhman İbişova verib.
Rəhman İbişov isə öz növbəsində qatar rəislərini özünün kefinin istədiyi kimi təyin etməklə bərabər, həm də bu şəxsləri gündəlik “tas”a qoyub. Belə ki, hər gün ölkənin müxtəlif xətləri üzrə hərəkət edən qatarların rəisləri işini təhvil verəndə Rəhman İbişova 30 manat verməyə məhkumdur.
Əvvəllər bu rəqəm 20 manat idi, lakin fevraldan sonra Rəhman İbişov özü dedi ki, dollar qalxdı, ona görə məndə qiyməti 10 manat artırdım”,-deyə şikayət məktubunda vurğulanıb.
Şikayətdə deyilir: “Dünyanın heç bir yerində qatarları bələdçi təmizləmir, yumur. Ancaq Bakı Qatar Deposunda bütün qatarları bələdçilər yuyub təmizləyir.
Çünki Rəhman İbişov özünün və Elyar Muradovun xeyli qohum əqrəbasını, tanışının adını xadimə kimi yazdıraraq, hər ay onlara verilən əmək haqqını ciblərinə qoymaqla bərabər, həmin qohumlarının görəcəyi işləri biz bələdçilərə gördürürlər.

Dövlət tərəfindən qatarların təmizlənməsi üçün verilən sabun, yuyucu toz və sair lazım olan əşyaların heç birisi bizlərə verilmir. Təkcə xlor verilir”.

Yazıda adları çəkilən şəxslərin mövqeyini verməyə hazırıq.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR