Azərbaycanda yaralı ata yardım kampaniyası başladı – Foto

1412328131

İki gündür yol kənarında yaralı vəziyyətdə qalan ata könüllülər yardım edib.

Axar.az xəbər verir ki, bu barədə Feysbuk sosial şəbəkəsindən məlumat yayıblar. Yaralı ata ilkin tibbi yardım göstərən könüllülər onu yük maşınına qoyaraq veterinara aparıblar.

Ancaq gənclər qeyd edir ki, atın müalicəsi üçün maddi yardıma ehtiyac var. Atın sağalması üçün əllərindən gələni edən könüllülər maddi yardım edilməsi üçün kömək istəyirlər.

Yardım etmək istəyən hər kəs (051) 394 01 07 (Aliyə) nömrələri ilə əlaqə saxlaya bilərlər.

Qeyd edək ki, Bakı-Şamaxı şossesinin 80-ci kilometrliyində, Qobustan ərazisində, Ceyrankeçməz körpüsünün yanında yol kənarında olan atı vuran maşının sürücüsü qaçıb. Atın qabaq ayaqları sınıb və iki gündür ki, sözügedən ərazidə yaralı vəziyyətdə qalıb. Atın ayaqları sındığından yerindən tərpənə bilmir. Sakinlər bunun üçün bir neçə yerə müraciət etsələr də, bir tədbir görən yoxdur.

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR